"Neftçi" qış çempionu oldu Yenilənib

Azərbaycan Premyer Liqasında 2020-ci ilin son oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, XIII turun bütün görüşləri eyni gündə baş tutub.

Mərkəzi matç "Qarabağ"la "Zirə" arasında baş tutub. Ağdam klubu qarşılaşmanın gedişində 0:2 hesabı ilə geri düşsə də, sonradan 3 qol vurmaqla qələbə qazanıb.

Dİgər qarşılaşmalarda "Qəbələ" səfərdə "Səbail"i 3:1, "Sabah" rəqib meydanında "Sumqayıt"ı 2:1 məğlub edib.

Günün son oyununda "Neftçi" və "Keşlə" münasibətlərinə aydınlıq gətirib. "Ağ-qaralar" 2:1 hesablı qələbə ilə liderliyini qoruyub. 2-ci dövrənin bir turu gələn ilə təxirə salınsa da, hər halda "Neftçi" bu nəticə ilə qış çempionu adını qazanıb. Ən yaxın rəqibi "Qarabağ"əı 1 xal qabaqlayan Samir Abasovun komandası rəqibindən 1 oyun çox keçirib.

24 dekabr (cümə axşamı)

18:00. “Neftçi” – “Keşlə” - 2:1
Qol:
 Mirabdulla Abbasov, 65 (1:0), Rəhman Hacıyev, 68 (1:1), Mirabdulla Abbasov, 81 (2:1)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Rəşad Əhmədov
“Bakcell Arena”


16:00. “Səbail” – “Qəbələ” - 1:2
Qollar:
 Ülvi İsgəndərov, 20 (0:1(, Asif Məmmədov, 27 (0:2), Turan Manasov, 52 (1:2)
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Cavanşir Yusifov, Rövşən Rəcəbov
“ASCO Arena”

16:00. “Sumqayıt” –“ Sabah” - 1:2
Qollar: 
Slavik Alxasov, 26 (0:1), Xəyal Nəcəfov, 31 (1:1), Aleksey İsayev, 65-pen (1:2)
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Rauf Allahverdiyev
“Kapital Bank Arena”

16:00. “Qarabağ” – “Zirə” - 3:2
Qollar: 
Ağabala Ramazanov, 2 (0:1), Lazar Corceviç, 47 (0:2), Mahir Emreli, 58 (1:2), Ovusu Kvabena, 83 (2:2), 89 (3:2)
Qırmızı vərəqə: Dimitrios Çantakias ("Zirə", ikinci sarı vərəqə), Kevin Medina ("Qarabağ")
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Tural Qurbanov
“Azersun Arena”

N Klublar O Q H M T-F X
1 Neftçi 13 7 3 3 15-14 24
2 Qarabağ 12 6 5 1 31-10 23
3 Zirə 13 5 5 3 16-14 20
4 Sumqayıt 13 4 4 5 16-20 16
5 Qəbələ 13 3 6 4 13-20 15
6 Səbail 12 3 4 5 14-16 13
7 Keşlə 13 3 4 6 13-20 13
8 Sabah 13 4 1 8 13-17 13

Bombardirlər:

Namiq Ələsgərov ("Neftçi") - 8 qol
Filip Ozobiç ("Qarabağ") - 7 qol
Mahir Emreli ("Qarabağ") - 7 qol
Əli Qurbani ("Sumqayıt") - 6 qol
Ağabala Ramazanov ("Zirə") - 5 qol
Kvabena Ovusu ("Qarabağ") - 5 qol
Davit Volkov ("Zirə") - 4 qol
Rauf Əliyev ("Səbail") - 4 qol
Donald Qerye ("Qarabağ") - 4 qol





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right