İsrafilovlu “Albasete”dən inamlı qələbə

Futbol üzrə İspaniya 2-ci liqasında 19-cu turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Mirandes”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.

İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb ə 75-ci dəqiqədə əvəzlənib.

“Albasete” 19 oyuna topladığı 14 xalla 22 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right