“Zirə” daha bir futbolçusu ilə vidalaşdı

“Zirə” futbolçusu Rəşad Eyyubovla yollarını ayırıb.

Newsport.az xəbər verir ki, klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyi diqqətə çatdırılıb. Futbolçuya gələcək karyerasında uğurlar arzulanıb.

Qeyd edək ki, “qartallar” Eyyubovu cari mövümün əvvəlində heyətinə qatmışdı.

“Zirə” bir neçə gün əvvəl braziliyalı hücumçusu Kayo Rangel da Silva ilə də yollarını ayırmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right