“Neftçi”nin legioneri üçün il bitdi

Azərbaycan Premyer Liqasında 12-ci turun "Sabah"la oyununda zədələnən “Neftçi”nin futbolçusu Yusuf Lavalın durumuna aydınlıq gəlib.
 
Newsport.az xəbər verir ki, arxa əzələsi dartılan 22 yaşlı yarımmüdafiəçi "Keşlə" ilə 13-cü tur matçını buraxacaq.
 
Bu barədə klubun Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev "Report"a açıqlamasında bildirib. Onun sözlərinə görə, nigeriyalı oyunçu üçün 2020-ci il vaxtından əvvəl başa çatıb.
 
Qeyd edək ki, Yusuf Laval dünənki görüşün 60-cı dəqiqəsində zədələnərək, yerini Sabir Buqrinə verib. Səfər matçı "Neftçi"nin qələbəsi ilə yekunlaşıb - 2:0.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right