"Neftçi"nin legioneri ilin ən yaxşısı adına namizəd oldu

Konqoda 2020-ci ilin ən yaxşı futbolçusu adına namizədlərin adları açıqlanıb.
 
Newsport.az xəbər verir ki, 20 nəfərlik siyahıda "Neftçi"nin hücumçusu Prins İbara da var.
 
Qarşıdakı günlərdə namizədlərin sayı azaldılacaq. Qalib azarkeşlər arasında səsvermə yolu ilə müəyyənləşəcək.
 
Qeyd edək ki, müqavilə üzrə Belçikanın "Birşot” klubuna məxsus Prins İbara "Neftçi"də cari mövsümün sonunadək icarə əsasında çıxış edəcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right