"Qarabağ"ın rekordçusu 450-ci oyununu keçirdi

Maksim Medvedev “Qarabağ”da 450-ci oyununu keçirib.
 
Newsport.az PFL-in saytına istinadən xəbər verir ki, yubiley Azərbaycan Premyer Liqasının 12-ci turuna təsadüf edib.
 
“Qəbələ” ilə səfər matçına (1:1) qədər Ağdam klubunda 449 görüşə çıxan kapitan yubiley oyununda start heyətində yer alıb. Karyerası ərzində yalnız bir klubda çıxış edən və oyun sayında “Qarabağ”ın rekordçusu olan 31 yaşlı müdafiəçi 450 qarşılaşmada 13 qol vurub. O, ölkə çempionatında 309 (10 qol), ölkə kubokunda 40 (1 qol), avrokuboklarda 101 (2 qol) matç keçirib.
 
Qeyd edək ki, Maksim "Qarabağ"ın əsas heyətində 2006/07 mövsümündə debüt edi
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right