“Qarabağ”ın legioneri 20-yə çatdı

Filip Ozobiç “Qarabağ”ın heyətində 20-ci qolunu vurub.
 
Newsport.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, yubiley Azərbaycan Premyer Liqasının 12-ci turuna təsadüf edib. 
 
“Qəbələ” ilə görüşdə (1:1) hesabı açan xorvatiyalı Ağdam təmsilçisinin heyətində 70-ci matçında 20-ci dəfə rəqib qapısına yol tapıb.
 
O, Premyer Liqada 17 (42 oyun), avrokuboklarda 3 (24 oyun) qol vursa da, ölkə kubokundakı 4 matçda fərqlənməyib.
 
Ozobiç 2018-ci ildən Ağdam təmsilçisində çıxış edir




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right