Azərbaycan klubları xaricdə toplanışdan imtina etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən bütün klublar təlim-məşq toplanışı üçün ölkə xaricinə yollanmayacaq.
 
Newsport.az xəbər verir ki, son olaraq "Sumqayıt" və "Keşlə"nin hazırlıq prosesi ilə bağı seçimi bəlli olub.
 
Onlar da digər 6 komanda kimi pandemiya ilə bağlı vəziyyəti nəzərə alaraq, ölkə xaricinə yollanmaqdan imtina ediblər.
 
Klublar yay təlim-toplanışı üçün də eyni qərarı vermişdilər. Premyer Liqa təmsilçiləri hazırlıq proseslərini ölkə daxilində - Qəbələdə keçirmişdilər. Bu dəfə isə toplanışın Bakıda olacağı gözlənilir. (Report)
 
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 13-cü turun oyunları dekabrın 24-də keçiriləcək. Çempionatda yanvarın 21-dək fasilə olacaq. Daha əvvəl "Qarabağ", "Neftçi", "Sumqayıt", "Səbail", "Zirə" və "Qəbələ" ölkə xaricinə yollanmayacaqlarını bəyan ediblər.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right