"Lider olmağımıza paltardəyişmə otağında sevindik" - Samir Abasov

"Məqsədimiz hazırkı oyunçularla ağlımızı ortaya qoymaq idi. Rəqibi təhlil etməmişdik. Əsas istəyimiz rəqibi qaçırtmaq idi. Top itirdikdə fiziki baxımdan əziyyət çəkirdik. Pandemiya ilə əlaqədar vəziyyətimiz çətin idi. Fəhmin Muradbəyli ilk məşqdə nə günə düşmüşdü. Futbolçularımız ağıl və keyfiyyətlərini ortaya qoydular. Buna görə onlara minnətdaram".

Newsport.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov səfərdə "Sabah"a 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının 12-ci tur matçından sonra mətbuat konfransından deyib.

42 yaşlı mütəxəssis bildirib ki, hücum xəttində problemlərin olduğunu düşünmür: "Bu gün xeyli hücumumuz oldu. Əlimizdəki oyunçular məni razı salır. Rəhbərliklə transfer söhbətimiz olmayıb və heç bir oyunçu istəməmişəm".

Lider olmalarına sevindiklərini deyən Abasov qış fasiləsinə lider kimi yollanmalarının mümkünlüyünü vurğulayıb. O, Yusuf Lavalın zədəsinin ciddi olduğunu düşündüyünü bildirib. Baş məşqçi əlavə edib ki, fiziki hazırlıq məşqçisi ilə müəyyən fikirlərdə uzlaşmadıqları üçün yollar ayrılıb. O, ispaniyalı mütəxəssisin əvəzinə yenisinin cəlb olunmamasının və hazırkı köməkçiləri ilə yola davam etmələrinin mümkünlüyünü dilə gətirib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right