"Neftçi" qələbə qazandı, "Qarabağ" və "Zirə"dən heç-heçə etdi Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında 20 günlük fasilə başa çatıb.

Newsport.az saytının məlumatına görə, klubların heyətində koronavirusa kütləvi yoluxmaya görə təxirə salınmış 12-ci turun bütün oyunları bu gün keçirilib.

“Qəbələ” doğma meydanda “Qarabağ”ı qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb. Digər matçda "Sumqayıt" "Zirə" ilə heç-heçə edib - 2:2. "Səbail" isə səfərdə "Keşlə"yə 2:0 hesabı ilə qalib gəlib.

Günün digər oyununda “Neftçi” “Sabah”la qarşılaşıb və rəqibini 2:0 hesabı ilə məğlub edib. Bu qələbə ilə "Neftçi" liderliyə yüksəlib.

20 dekabr (şənbə)


17:15. “Sabah” – “Neftçi” - 0:2
Qollar: 
Namiq Ələsgərov, 45+3-pen, 65
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Elşad Abdullayev, Elçin Məsiyev
“Bank Respublika Arena”
 
16:00. “Keşlə” –“ Səbail” - 0:2
Qollar: 
Urfan Abbasov, 11 (0:1), Əfran İsmayılov, 17 (0:2)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rəhim Həsənov
“ASK Arena”

16:00. “Zirə” – “Sumqayıt” - 2:2
Qollar:
 Murad Xaçayev, 11 (0:1), Ağabala Ramazanov, 56 (1:1), Rəhim Sadıxov, 57 (1:2), Qismət Alıyev, 62 (2:2)
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Nicat İsmayıllı
Zirə İdman Kompleksinin stadionu

15:00. “Qəbələ” – “Qarabağ” - 1:1
Qollar: 
Filip Ozobiç, 51 (0:1), Rafael Utriq, 83 (1:1)
Qırmızı vərəqə: Rövlan Muradov, 70-iki sarı vərəqə ("Qəbələ")
Reallaşdırılmayan penalti: Uros Matiç, 15-ci dəq. ("Qarabağ") - qapıçı
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, İnqilab Məmmədov
Qəbələ şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right