Veteran futbolçumuz Masallıda xəstəxanaya yerləşdirildi

Azərbaycanın koronavirusa yoluxan veten futbolçusu Qəhrəman Əliyev yenidən xəstəxanaya yerləşdirilib.
 
Newsport.az xəbər verir ki, bu barədə "Report"a Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib.
 
Onun sözlərinə görə, 61 yaşlı mütəxəssis Masallıda özəl klinikaya yerləşdirilib: "Qəhrəman Əliyevin vəziyyəti stabil-ağırdır. Demək olmaz ki, yaxşıdır. Mən Futbol Veteranları İttifaqının sədri olaraq AFFA-ya maddi dəstək üçün müraciət etmək qərarına gəldim. Bu gün həmin məktubu assosiasiyaya çatdıracağam".
 
Qeyd edək ki, Qəhrəman Əliyev daha əvvəl Bakıda müalicə olunurdu.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right