"Sözlərim səhv başa düşülüb" - De Byazi

"Çox çətin qrupa düşmüşük. Çünki bu qrupun gücünü yaxşı bilirik. İstəyimizə nail olmaq üçün böyük çətinliklərlə qarşılaşacağıq. Amma mümkünsüz heç nə yoxdur. Ona görə də hər şeyi edəcəyik. Qarşılaşmalarda qalib gəlməyə çalışacağıq. Biz buna cəhd edəcəyik".

Newsport.az-ın məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Canni De Byazi "Zona Gol" şousunda DÇ-2022-nin püşkatmasını dəyərləndirərkən deyib.

O, 2011-2017-ci illərdə çalışdırdığı Albaniya yığması barədə bir müddət öncə səsləndirdiyi fikirlərə aydınlıq gətirib: "Yenə deyirəm, sözlərim səhv başa düşülüb. Bu, mediada əsl problemə çevrildi. Mən yığmanı qəbul etdiyim vaxtı nəzərdə tutmuşam. Təbii ki, ondan sonra komanda inkişaf etdi, sərəncamımda ölkə xaricində çıxış edən və beynəlxalq oyun təcrübəsi olan futbolçular var idi. Azərbaycan millisində isə yalnız daxili çempionatda mübarizə aparan oyunçulardır. Onların beynəlxalq təcrübəsi yoxdur".

Qeyd edək ki, Canni De Byazi UEFA Millətlər Liqasının qrup mərhələsində 6-cı turun Lüksemburqla oyunu (0:0) öncəsi mətbuat konfransında azərbaycanlı futbolçulara daha zəif heyətlə Avropa çempionatının final məhələsinə vəsiqə qazandığını dediyini bildirib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right