Samir Abasov: "60-70 dəqiqə dözsələr, böyük işdir"

"Həkimdən cavab gözləyirik, hazırda bütün komandalar əziyət çəkir".

Newsport.az-ın məlumatına görə, "Neftçi"nin baş məşqçisi Samir Abasov belə bir açıqlama ilə çıxış edib.

Stiven Monroz, Bruno Teluşi və Kamran İbrahimovun aktiv xəstə olduğunu xatırladan çalışdırıcı Cabir Əmirlinin zədələndini vurğulayıb:

"Futbolçular yaxşı vəziyyətdə deyillər. Bu, əvvəlki xəstəlikdən fərqlidir. Bədəni sanki susdurur. Amma ümumi vəziyyət normaldır".

Mütəxəssisin sözlərinə görə, futbolçular 90 dəqiqə eyni tempdə oynaya biləcək durumda deyillər: "Bütün komandalarda balans eynidir. Oyunçular 60-70 dəqiqə dözsələr, böyük işdir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right