Kamran Ağayevin atası koronavirusdan dünyasını dəyişdi

“Səbail” klubunda çıxış edən Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayevin atası Adilxan Ağayev vəfat edib.
 
Newsport.az xəbər verir ki, bu barədə “Report”a "Səbail"in baş məşqçisi Aftandil Hacıyev məlumat verib.
 
O, Adilxan Ağayevin 72 yaşında koronavirusdan dünyasını dəyişdiyini söyləyib. Hacıyev mərhumun dəfn üçün Şabran şəhərinə aparıldığını vurğulayıb.
 
Qeyd edək ki, Adilxan Ağayev şəhər məktəblərindən birində Bədən tərbiyəsi fənnini tədris edib. O, əvvəllər Şabranın "Bərəkət" futbol komandasının baş məşqçisi olub.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right