"Burada özümü azərbaycanlı kimi hiss edirəm" - Qvatemalalı qapıçı

“Səbail”in qapıçısı Nikolas Hagen klubun rəsmi saytına müsahibə verib.

Newsport.az-ın məlumatına görə,  qvatemalalı qolkiper ölkəmizə gəlişinin səbəbindən, komandadakı durumundan, koronavirusla mübarizəsindən və digər məslələrdən danışıb.

- 5 aya yaxındır buradasınız. Azərbaycan haqqında nələr öyrənmisiz?

- Azərbaycanı sevirəm və burada özümü azərbaycanlı kimi hiss edirəm. Bura haqqında çox öyrənib, araşdırıram. Komanda yoldaşlarım da bu barədə mənə köməklik edir. Bu arada milli mətbəxinizi də çox sevirəm.

- Ölkənizdə futbol çox sevilir. Bəs sizin ölkədən kənarda oynamağınıza səbəb nə oldu?

- Qvatemalada futbol çox sevilir. Karyeramda uğurlu olduğumu düşünürəm. Daha da inkişaf etmək üçün başqa ölkəyə getmək barədə fikirləşirdim. Kiçik addımlarla öz arzuma çatmaq istəyirəm. Bu da, addımlarımdan biridir.

- Bu il karyeranıza yeni nələr qatdınız?

- Bu il karyeramda ən mühüm addımlardan biri ölkəmdən kənarda, başqa liqada oynamağım oldu. Daha yüksək səviyyədə oynamaq istəyir və buna görə çox çalışıram. 2020-ci ildə uğurlar qazandım. Arzularıma çatmağa kömək edən il oldu.

- Sizi motivasiya edən nədir?

- Hər dəfə özüm-özümü hardan başlamağım və hara çatmağım ilə motivasiya edirəm. Bu, mənə inkişaf etməkdə kömək edir.

- Karyeranızda ən yaddaqalan oyun hansıdır?

- 2019-cu ildə Qvatemalada milli komandanın start heyətində ilk çıxdığım oyun ən yaddaqalan oyunumdur. (Qvatemala – Kosta-Rika 1:0)

- Qvatemalada ən çox nə üçün darıxmısınız?

- Həm ailəm və dostlarım, həm də Qvatemala üçün darıxmışam.

- Komanda yoldaşlarınızdan ən çox hansı ilə yaxınsınız?

 - Komanda yoldaşlarım ilə yaxşı əlaqələrimiz var. Hamı mənə çox yaxşı münasibət göstərir. Öz ölkəmizdən kənarda olduğumuz üçün əcnəbi futbolçularla daha çox söhbətləşirik. Komanda da hamı bir-birini sevir və hörmət bəsləyir.

- Koronavirusdan necə müdafiə olunursunuz?

- Çox sadə metodlarla qorunuram. Sosial məsafə saxlayır, əllərimi tez-tez yuyuram və sadəcə, şəxsi su qabımdan istifadə edirəm. Hər kəs sadə üsullara diqqət etsə, özünü virusdan qoruya bilər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right