AMADA ianə aksiyası keçirib

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) əməkdaşları öz təşəbbüsləri ilə  ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə yaralananlara və şəhid olanların ailələrinə dəstək məqsədi ilə ianə aksiyası həyata keçirib.
 
Newsport.az xəbər verir ki,  AMADA-nın bütün əməkdaşları öz əmək haqlarından ümumilikdə 15 500  manat  vəsaiti könüllü olaraq “YAŞAT” Fonduna köçürüb.
 
AMADA kollektivi bir daha döyüşlərdə yaralanan  hərbçilərimizə şəfa  diləyir, şəhid olan hərbçilərimizin ailələrinə və yaxınlarına  baş sağlığı verir.   




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right