“Qarabağ”da koronavirusa yoluxanların sayı azaldı

“Qarabağ” klubunun bir neçə futbolçusu koronavirusdan sağalıb.
 
Newsport.az xəbər verir ki, Mahir Emreli, Kevin Medina, Emil Balayev, Qara Qarayev, İsmayıl İbrahimli, Toral Bayramov və hələ də Türkiyədə olan Abbas Hüseynovun son testlərinin cavabı mənfi olub.
 
Emreli artıq komanda ilə məşqlərə də başlayıb.
 
Şahruddin Məhəmmədəliyev, Xayme Romero və gənc oyunçu Zamiq Əliyevin testinin nəticəsi pozitiv çıxıb. (Report)
 
Qeyd edək ki, "Qarabağ" Azərbaycan Premyer Liqasının 12-ci turunda dekabrın 20-də "Qəbələ"nin qonağı olacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right