“Azərbaycanın Serbiyanı udması çətin olmayacaq” Stamenkoviç

“Serbiya millisi hazırda çox pis formadadır. Düşünürəm ki, Azərbaycan üçün onları, Lüksemburqu, İrlandiyanı və Qətəri udmaq çətin olmamalıdır”.
 
Newsport.az xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında "Sabah" klubunun serbiyalı qapıçısı Saşa Stamenkoviç dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının şansları baradə danışarkən deyib.
 
35 yaşlı qolkiper bildirib ki, Azərbaycan yığması A qrupunda Portuqaliya ilə 1-ci yer uğrunda mübarizə apara bilər: "Serbiya AÇ-2020-nin pley-off mərhələsində Şotlandiyanı uda bilmədi. Qətər və Lüksemburq elə də güclü deyil. Baş məşqçi Canni De Byazi Albaniya yığmasının baş məşqçisi olduğu vaxt İrlandiyaya qalib gəlib. Yalnız Portuqaliya ilə oyunlarınız çətin olacaq".
 
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Qətər, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla birlikdə A qrupunda mübarizə aparacaq. DÇ-2022-nin ev sahibi olan Qətər seçməsinin nəticələri qrupa təsir etməyəcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right