Millimizin sabiq baş məşqçisi futbol tarixinin rəmzi komandasında

"France Football" nəşri futbol tarixinin ən yaxşı ikinci və üçüncü rəmzi komandalarını açıqlayıb.

Newsport.az xəbər verir ki, ikinci dərəcəli "11-lik"də millimizin sabiq baş məşqçisi Karlos Alberto Torres də yer alıb.

Qapıçı: Canluici Buffon (İtaliya)

Müdafiəçilər: Karlos Alberto Torres, Roberto Karlos (hər ikisi Braziliya), Franko Barezi (İtaliya)

Yarımmüdafiəçilər: Zinəddin Zidan (Fransa), Andrea Pirlo (İtaliya), Frank Raykard (Niderland), Alfredo di Stefano (İspaniya), Qarrinça (Braziliya)

Hücumçular: Yohan Kroyf (Niderland), Ronaldinyo (Braziliya)

Qeyd edək ki, rəmzi yığmaları "Qızıl top" mükafatının səsverməsində iştirak edən 140 jurnalistdən ibarət münsiflər heyəti müəyyənləşdirib.

Xatırladaq ki, Alberto Torres 2004-2005-ci illərdə millimizi çalışdırıb. O, 2016-cı ildə dünyasını dəyişib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right