Samir Abasov sağaldı, iki yeni yoluxma

“Neftçi”də son koronavrus testinin nəticələri müəyyən olub.

Newsport.az-ın məlumatına görəbu barədə klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib. O, baş məşqçi Samir Abbasovun sağaldığını deyib.

Futbolçulardan Fəhmin Muradbəylinin və Mamadu Mbodjun da testinin nəticəsi neqativ olub. 

Klub rəsmsi yeni yoluxanların da olduğunu bildirib. Kamran İbrahimov və Bruno Teluşidən götürülən test nümunələrinin nəticələri pozitiv çıxıb.

Həmçinin, Allahverdiyev bu həftə ərzində klubun yenidən koronavirus testindən keçəcəyini bildirib.

Qeyd edək ki, bunadək köməkçi məşqçilərdən Vəfadar Quliyevlə Qədir Həsənov, futbolçulardan Vojislav Stankoviç, Anton Krivotsyukun təkrar testlərinin cavabları neqativ çıxmışdı. Daha əvvəl isə Emin Mahmudov, Mirabdulla Abbasov və Cabir Əmirli koronavirusdan sağalmışdılar.

Qol.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right