Referimiz Vətən müharibəsində iştirak edir

26 yaşlı referi Kamal Umudlu ilk günlərdən cəbhədə iştirak edir.

Gənc arbitr fevral ayında Premyer liqada debüt edib. Sentyabrda isə düşmənin əks-hücumları başlayan zaman cəbhəyə yollanıb. Umudlu Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının düşməndən azad edilmə əməliyyatlarında aktiv iştirak edib. Maraqlıdır ki, onun Premyer liqada son oyunu 25 sentyabrda "Sumqayıt"-"Qarabağ" (2:2) matçı olub.

Umudlu bu gün də ön cəbhədə xidmətini yerinə yetirməkdədir. Onun nə vaxt oyunlara ədalət təmsilçisi kimi dönəcəyi məlum deyil.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right