"Başa düşmürəm, bu barədə danışmaq nəyə lazımdır?"

"Açığı, narahat olmağa heç bir əsas görmürəm".

Newsport.az-ın məlumatına görə, bu açıqlama yığmamızın baş məşqçisi Canni de Byaziyə məxsusdur.

Serbiya mətbuatına danışan italyan mütəxəssisə illər əvvəl qarşılaşdığı xoşagəlməz hadisə xatırladılıb.

- 5 il öncə Albaniya yığmasının baş məşqçisi kimi Belqrada gəldiyinizi nəzərə alsaq, budəfəki səfərdən qorxmayacaqsız. Tribunada azarkeşlər olsa, sizi bir az "isti" qarşılayacaqlar...

64 yaşlı çalışdırıcının cavabı belə olub: "Bütün baş verənləri nəzərə alaraq, bu xoşagəlməz xatirəni bir kənara qoymağın ən yaxşı variant olduğunu düşünürəm.

Vurğulamaq istədiyim tək şey,Aleksandr Kolarov, Branislav İvanoviç kimi oyunçuların və vəziyyəti sakitləşdirməyə çalışan daha bir neçə təcrübəli futbolçunun göstərdiyi məsuliyyət və ciddilikdir".

Onun səsləndirdiyi fikirlər serb jurnalistin o qqədər də xoşuna gəlməyib:

- Siz Serbiya ilə oyunlar öncəsi, xüsusilə də Belqraddakı matç zamanı xüsusi emosiyaların olmadığını demək istəyirsiz?
- Başa düşmürəm, bu barədə danışmaq, beş il əvvəlki hadisələrə və oyunlara qayıtmaq nəyə lazımdır?





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right