"Neftçi"dən öz istəyimlə ayrılmışam, məni heç kim çıxarmayıb"

«Hələ rəsmən işə başlamışam, təyinatım yaxın vaxtlarda rəsmiləşməllidir».

Newsport.az-ın məlumatına görəbu sözləri Sportino.az-a açıqlamasında «Keşlə»nin yeni idman direktoru Ceyhun Sultanov deyib.

Ötən ay «Neftçi»dən ayrılan funksioner fəaliyyətini bundan sonra paytaxtın digər klubunda davam etdirəcəyini təsdiqləyib. O, bura Müşahidə Şurasının sədri Zaur Axundovun dəvəti ilə gəldiyini bildirib:

«Neftçi»dən öz istəyimlə ayrılmışam. Məni oradan heç kim çıxarmayıb. İndi bu barədə çox danışmaq istəmirəm. İstəsəydim, qalardım.

Ancaq «Qarabağ»la oyundan sonra (0:6) qərara gəldim ki, gedim. «Neftçi»dən getdiyimi açıqlayanda, nə qədər adamın gördüm ki, çox pis oldu, gözləri doldu.

Mən orada əlimdən gələni etdim, klubu yenidən formalaşdırdıq, mühüm işlər gördük. Bundan sonra «Keşlə»nin uğurları üçün çalışacam.

Açığı, «Neftçi» ilə vidalaşanda, fikrim bu idi ki, bir müddət istirahət edim, çünki həqiqətən çox yorulmuşdum. Amma Zaur müəllimin sözündən çıxa bilmədim.

Biz bir-birimizi çoxdan tanıyırıq, mənim ona böyük hörmətim var. Ola bilsin, ya yaxın günlərdə, ya da yeni il qabağı əmrim verildi. Əlimdən gələni edəcəm ki, «Keşlə»nin inkişaına birlikdə nail olaq».





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right