"Bu iki legioneri saxlamaq, qalanlarını qovmaq lazımdır"

«Neftçi»dən ayrıldıqdan sonra «Keşlə»də işə başlayan Ceyhun Sultanov artıq «qara siyahı»sını hazırlayıb.

Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisinin yeni icraçı direktoru islahatlara əsas komandadan start vermək niyyətindədir.

O, ilk növbədə legionerlərlə bağlı araşdırma aparıb və məşqçi korpusu ilə görüşdən sonra hədəflərini müəyyənləşdirib.

Sultanov 2 legionerdən başqa, bütün əcnəbi futbolçuların kluba yaramadığını açıqlayıb. Həmin iki oyunçu isə Stanislav Namaşko ilə Sezar Meza Kollidir.

«Keşlə» dekabrın 25-dən sonra legionerləri ilə bir daha danışıqlar aparacaq. Müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilməsinə razılaşanlar yola salınacaq.

Sportinfo.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right