"Zəng etdilər ki, bizə xal lazım deyil, pul verin, oyunu verək"

Vaxtilə "Kəpəz"in formasını geyinmiş Əfqan Talıbov yeni etirafıyla diqqət çəkib.

Newsport.az-ın məlumatına görə, keçmiş hücumçu iştirakçısı olduğu oyun "alver"i haqda danışıb:

"Kəpəz" Gəncədə "Vitebsk" klubunu qəbul etməliydi. Belarusların çoxunu tanıyırdım. Oyundan əvvəl əlaqə saxladılar ki, "bizə xal lazım deyil, pul verin, oyunu verək".

Mən də bunu baş məşqçimizə bildirdim. Əhməd Ələsgərov təklifi qəbul etdi. "Vitebsk"in futbolçuları meydanda gəzir, arxaya çəkilərək fərqlənməyimizə şərait yaradırdılar.

Tərslikdən top qapıya girmirdi. Yalnız kapitanları özünə əl qatıb "vuruşurdu". Sən demə, xasiyyətinə bələd olduqlarından yalnız ona "matçın verildiyi" barədə deyilməyib. İlk hissədə elə həmin futbolçu bizə qol vurdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right