"Biz çempionatın davam etdirilməsinin tərəfdarıyıq" - Əmrah Çəlikəl

"Biz çempionatın davam etdirilməsinin tərəfdarıyıq".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın direktoru Əmrah Çəlikəl deyib.

Bəlli olduğu kimi, AFFA və Peşəkar Futbol Liqası (PFL) Premyer Liqada mübarizə aparan 8 klubun rəhbər şəxsləri, eləcə də videokonfranslarda (7 və 9 dekabr) iştirak edən baş məşqçiləri ilə fikir mübadiləsi aparılıb.

Müzakirələr nəticəsində Premyer Liqa və Azərbaycan Kubokunun təqvimində dəyişikliklər edilib. Bu zaman klubların heyətində koronavirusa yoluxan futbolçuların olması, hazırlıq üçün müəyyən müddətin tələb olunması və digər məqamlar nəzərə alınıb.

Beləcə, çempionatın 12-13-cü turlarının dekabrın 20-24 aralığında təşkili nəzərdə tutulub. Ağdam təmsilçisinin rəhbəri göstərilən zamanadək virusa yoluxmuş futbolçularının sağalacağına ümidlidir:

"Ayın 20-də "Qəbələ"yə qarşı meydana çıxacağıq. Ona kimi hələ xeyli vaxtımız var. Ümid edirik ki, virusa yoluxmuş futbolçularımız həmin tarixədək sağalacaq və bir neçə məşqdə iştirak edərək, oyuna hazırlaşa biləcək.

Bizim gözləntimiz ancaq budur. Virus hamıya mənfi təsir edib, o cümlədən, bizə. Belə vəziyyətdə çempionatın, heç olmasa, ilk yarısını bitirə bilmək bizə də lazımdır. İnşallah, buna da nail olacağıq".

Sportinfo.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right