"Mən futbolçularımın həyatını riskə ata bilmərəm"

«Məşqləri nə vaxt bərpa edəcəyimizi hələ bilmirik, test cavablarını gözləyirik».

Newsport.az-ın məlumatına görəbu sözləri Sportinfo.az-a açıqlamasında «Sumqayıt»ın baş məşqçisi Ayxan Abbasov deyib.

Dünən AFFA və Peşəkar Futbol Liqası Premyer Liqanın qaldığı yerdən dpvam etdirilməsinə dair qərar çıxarıb. Beləliklə, 12-ci turun təxirə salınmış oyunları dekabrın 20-də keçiriləcək. Dörd gün sonra isə 13-cü tur təşkil olunacaq.

Digər klublar bir neçə gündür məşqləri bərpa etsə də, 16 futbolçusu koronavirusa yoluxmuş «Sumqayıt» hələ də qeyri-müəyyənlik içindədir. İki ildir «kimyaçılar»ı uğura daşıyan Abbasov mövcud durumdan narahatdır:

«Dünən test vermişik. Cavabları görəndən sonra deyə bilərik ki, nə etmək mümkündür. Allah eləsin, hamısı neqativ çıxsın.

Xəstə sayı yenə 7-dən çox olsa, məcburuq ki, növbəti dəfə Peşəkar Futbol Liqasına müraciət edək. Görək, nə olur.

Ehtiyat qüvvəmiz azdır. Mən futbolçularımın həyatını riskə ata bilmərəm. Vəziyyət elədir ki, hamımız ehtiyatlı olmalıyıq.

Bir müddət əvvəl mən demişdim ki, çempionata müvəqqəti ara vermək lazımdır. Heç olmasa, iki həftə. Onda bəziləri mənim sözümü qəribçiliyə saldı, hətta irad bildirdi.

Görürsüz, yenə hər şey mənim dediyim oldu. Axı mən bu vəziyyəti görürdüm, baxırdım ki, hər komandada xəstə futbolçuların sayı günbəgün artmaqdadır.

Çempionata onda iki həftəlik fasilə verilsəydi, komandalarda yoluxma bu həddə çatmazdı».





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right