Millimiz neçəncidir?

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Newsport.az qurumun saytına istinadən xəbər verir ki, 2020-ci ilin son reytinqində Azərbaycan millisinin  mövqeyi dəyişməyib.

Komanda 1180 xalla 109-cu pillədə qərarlaşıb. Yığmanın dünya çempionatının seçmə mərhələsindəki rəqiblərindən Portuqaliya 1662 xalla 5-ci, Serbiya 1495 xalla 30-cu,  İrlandiya 1456 xalla 42-ci, Lüksemburq 1295 xalla 98-ci pillədə yer alıb.

Qeyd edək ki, siyahıya Belçika (1780) başçılıq edir. Fransa (1755) 2-ci, Braziliya (1743) 3-cüdür.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right