Yığmamızın rəqibləri bəlli oldu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub.
 
Newsport.az xəbər verir ki, Miloş Velebitin baş məşqçi olduğu yığmamız Lüksemburq, Norveç və Belçika ilə birlikdə 3-cü qrupda yer alıb.
 
52 komandanın mübarizə apardığı seçmə mərhələdə hər qrupdan iki komanda və 4 ən yaxşı nəticəsi olan üçüncü yerin sahibi elit mərhələyə yüksələcək.
 
Niderland və İspaniya elit raunddan mübarizəyə qoşulacaq. Ev sahibi İsrail birbaşa 2022-ci ilin mayında keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.
 
Qarşılaşmalar 1 iyul - 16 noyabrda olacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right