Millimizin oyunlarının təqvimi açıqlandı DÇ-2022

DÇ-2022-nin seçmə mərhələsində A qrupunda mübarizə aparacaq Azərbaycan milli komandasının oyunlarının təqvimi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, yığmamız ilk görüşünü martın 24-də səfərdə Portuqaliyaya qarşı keçirəcək.

Qeyd edək ki, oyunların başlanma saatı mərkəzi Avropa vaxtı ilə göstərilib:


2021-ci il
 
24 mart

20:45. Portuqaliya – Azərbaycan
 
27 mart

Qətər – Azərbaycan
 
30 mart

18:00. Azərbaycan – Serbiya
 
1 sentyabr


20:45. Lüksemburq – Azərbaycan
 
4 sentyabr

18:00. İrlandiya – Azərbaycan
 
7 sentyabr

18:00. Azərbaycan – Portuqaliya
 
9 oktyabr

18:00. Azərbaycan – İrlandiya
 
12 oktyabr

20:45. Serbiya – Azərbaycan
 
11 noyabr

18:00. Azərbaycan – Lüksemburq
 
14 noyabr

Azərbaycan – Qətər
 
Qeyd: UEFA son Asiya çempionu Qətər millisini 2022-ci ildə keçiriləcək dünya çempionatına hazırlıq məqsədilə dəvət edib. Qətər millisi A qrupunda yer alan bütün komandalarla təqvimə uyğun olaraq ev-səfər prinsipi əsasında qarşılaşacaq. Rəqiblərin səfər məsafəsinin qısa olması üçün Qətər millisinin ev oyunları Avropada keçiriləcək.

Qətər millisinin keçirəcəyi ev oyunlarının məkanı və saatı barədə əlavə məlumat veriləcək.

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right