"Bu futbolçuları milliyə kim dəvət edir, niyə dəvət edir, bilmirəm"

"Liderlər indidən bilinir. Portuqaliya açıq favoritdir. İkinci yeri ,yəqin ki, Serbiya tutacaq.

"Bu iki millini üstün sayıram, amma İrlandiya da İrlandiyadı. Şanslarımız həmişəki kimidir. Dəyişən heç bir şey yoxdur. 3 və ya 4-cü yeri tutmaq hansı faydanı verəcək? Bizə lazımdır ki, ən azından ikinci yeri tutaq. Bu da çətin görsənir".

Newsport.az-ın məlumatına görə, bu sözləri Sportinfo.az-a açıqlamasında Azərbaycan millisinin DÇ-2022-nin təsnifat mərhələsindəki rəqiblərini dəyərləndirərkən Ramiz Məmmədov deyib.

Yığmanın sabiq müdafiəçisi 5 komandalı qrupda yer almağı isə üstünlük sayır: "Maraqlandım, şikayətlənənlər var ki, kaş 6 komandalı qrup olardı. Amma bunun mənasını başa düşə bilmirəm.

Komandanın sayı çox olsa, nə dəyişəcək? Düşünürəm ki, 5 komandalı qrup daha sərfəlidir.

Çünki elə olur autsayderlə də oynaya bilmirsən və xal itirirsən. Bu da ümumlikdə cədvəldə öz mənfi təsirin göstərir. Amma indi say 5-di. 4 rəqibə qarşı vuruşmalı olduğunu bilirsən. Bu daha münasibdir".

Təcrübəli mütəxəssis bəzi futbolçuların milli komandaya çağrılmasını sərt şəkildə qınayıb: "Bu gün əldə olan materialları nəzərə alıb danışıram.

Kənarda olan mənasız futbolçulardan Nazarov, Eddi, Pavel kimilər ümumiyyətlə milliyə çağrılmalı deyil. Onlarsız da biz 3-cü və ya 4-cü yeri tuturuq. Gəlmələrində bir məna görə bilmirəm.

Niyə dəvət edirik, kim dəvət edir, bilmirəm. Onların çağrılması mənasız bir şeydir. Ölkə çempionatında çıxış edən yerli futbolçularımız son oyunlar müdafiə sistemini oynadılar. Hücumçumuz yoxdur ki, hücumameylli oyun qursun.

Bir hücumçu ilə müdafiədən oynamalısan. Bir neçə oyunda qol buraxılmırsa, deməli, müdafiədə nəyəsə nail olmuşuq. Əldən olan material budur".

Ramiz Məmmədov italyan mütəxəssisdən nəsə ummağın mənasız olduğunu bildirib: " Canni De Byazidən nəsə gözləməyimiz doğru-düzgün deyil. Qısa və konkret.

Özümüz özümüzü aldatmayaq. Düşdüyümüz vəziyyətdən özümüz çıxmalıyıq. Məncə, hansısa gəlmə məşqçi bizi bu vəziyyətdən çıxardası da deyil.

Artıq Azərbaycanda belə məşqçilərimiz var ki, 95-100% məşqçiliyin sirlərinə yiyələniblər və işləmək istəkləri də var. Bu dəyirman artıq işə düşübdür. Ona görə də qıraqdan gəlib 4-5 ci yerləri tutacaqlarsa buna ehtiyac yoxdur. Əksinə öz millətimizə inanmalıyıq.

Bizim vətən müharibəsini udmağa qadir fərəsətli, igid övladlarımız varsa, deməli, bütün idman növlərində onlarla uğur qazana bilərik.

Millətimizə, torpağımıza, vətənimizə qarşı bu cür istək və sevgimiz var. Qeyri millətdən olan kimdəsə bu olan deyil. Mən De Byazi ilə gedib 4-5-ci yeri tutmaqdansa, Azərbaycanlı balası ilə davam etməyin tərəfdarıyam".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right