Polis və təcili yardım gecikdi, “Kəpəz” cəzalandı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Newsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 8-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
 
“Keşlə-2” – MOİK oyununda meydan sahibi klub AFFA nümayəndəsinin əsasnamə və qaydalara uyğun verdiyi göstərişlərini (avtomaşınların parklanması və mühafizəsinin təşkil olunması) yerinə yetirmədiyi üçün 80 manat cərimə olunub. “Keşlə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
 
“Kəpəz” – “Qarabağ-2” oyununda oyun öncəsi təcili yardım nümayəndəsi təyin olunan vaxtda (yeni təlimata görə oyunun başlamağına ən geci 45 dəqiqə qalmış) iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunub. Oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün “Kəpəz” 40 manat cərimə olunub. “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. “Qarabağ”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
 
“Sumqayıt-2” – “Zaqatala” oyununda təcili tibbi yardım vaxtında gəlmədiyi üçün matç gec başlandığına görə meydan sahibi klub 160 manat cərimə olunub.
 
“Neftçi-2” – “Turan Tovuz” oyununda “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
 
“Qaradağ Lökbatan” – “Sabah-2” oyununda “Sabah”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right