Druloviç yığmamızın qrupunu dəyərləndirdi

Futbol üzrə Serbiya millisinin sabiq baş məşqçisi Lyubinko Druloviç DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin püşkünü münasibət bildirib.
 
Newsport.az xəbər verir ki, o, Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupundan danışarkən bunları vurğulayıb:
 
“Kənardan bu qrup sanballı görünə bilər. Amma düzünü deyək ki, burada heç bir komanda Portuqaliya ilə müqayisə oluna bilməz. Onların çox güclü komandası var. Avropa çempionu və Millətlər Liqasının qalibidir. Portuqaliyalılar qrupun favoritidir. O qədər geniş heyətə malikdirlər ki, seçmə mərhələyə 2 komanda buraxa bilərlər. Kriştiano Ronaldo yığmadakı oyun və qol sayında rekordlar üçün vuruşur. İnanın ki, istəyinə çatmasa, dayanmayacaq”.
 
Druloviç 2-ci yer uğrunda mübarizədən də danışıb: “Qrupumuzda yalnız üç komanda – İrlandiya, Lüksemburq və Azərbaycan olsaydı, işimiz daha asan olardı. Amma indi ikinci yer uğrunda əsas rəqibimiz İrlandiyadır. Onlar bizim üçün çox qeyri-münasib komandadır. Dublində onlara qalib gəldik, lakin final mərhələsinə rəqib çıxdı. Kiçik oyunlar bizim üçün problem yaradır. Cəmi 8 oyunun olduğu qrupda səhv etməyə haqqımız yoxdur. 2-ci yer uğrunda mübarizə aparmalı, mümkün qədər Portuqaliyaya təzyiq etməliyik. İkinci olmaq üçün hər şey öz əlimizdədir”.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right