“Vilyarreal” - “Qarabağ” matçının hakimləri bəlli oldu

Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin sonuncu - 6-cı turu çərçivəsində İspaniyanın “Vilyarreal” klubu ilə Azərbaycan çempionu “Qarabağ” arasında keçiriləcək oyun üçün təyinatlar açıqlanıb.

Newsport.az xəbər verir ki, UEFA bu qarşılaşmanı Ukraynadan olan hakimlər briqadasına tapşırıb.

Baş hakim Mikola Balakin olacaq. Ona yan xətt hakimləri Andrey Skripka ilə Semyon Şlonçak yardımçı olacaq. Dördüncü hakim funksiyasını isə Yevgeni Aranovski yerinə yetirəcək

Qeyd edək ki, dekabrın 10-da keçiriləcək "Vilyarreal" - "Qarabağ" matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right