Lüksemburq millisinin baş məşqçisi püşkü dəyərləndirdi

Futbol üzrə Lüksemburq milli komandasının baş məşqçisi Lyuk Holts DÇ-2022-nin seçmə mərhələsinin püşkünü dəyərləndirib.
 
Newsport.az xəbər verir ki, yerli mətbuata danışan Holts, püşkü belə dəyərləndirib:
 
“Bütün ev oyunlarımızda stadionu dolduracağıq. Bu, bizə əlavə motivasiya verə bilər. Bacarıqlarımızı tam göstərə bilsək, rəqiblərlə mübarizə apara, hər oyunun dadını çıxara bilərik. Ən əsas şey son oyunlardakı səhvlərimizi təkrarlamamaqdır”.
 
Lüksemburq yığması AÇ-2022-nin seçmə mərhələsinin A qrupunda Portuqaliya, Serbiya, İrlandiya və Azərbaycanla mübarizə aparacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right