“Qarabağ”ın İspaniyaya səfər tarixi bəlli oldu

Avropa Liqasının qrup mərhələsinin sonuncu - 6-cı turunda İspaniyada “Vilyarreal”la üz-üzə gələcək “Qarabağ”ın səfər proqramı bəlli olub.
 
Newsport.az xəbər verir ki, Ağdam təmsilçisi matçdan bir gün əvvəl - dekabrın 9-da saat 10:00-da İspaniyaya yola düşəcək.
 
Həmin gün komandanın "Estadio de la Keramika" stadionunda açıq məşqi və mətbuat konfransı olacaq. (report)
 
Qeyd edək ki, dekabrın 10-da keçiriləcək "Vilyarreal" - "Qarabağ" matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right