AFFA-dan milli ilə bağlı iddialara cavab: "UEFA-nın bütün qaydalarına əməl olunub"

Azərbaycan Premyer Liqasında çıxış edən klublarda COVİD-19-a yoluxma halları son günlər kütləvi hal alıb.

Virusa yoluxanlar arasında Azərbaycan millisinin Millətlər Liqasındakı görüşləri ilə bağlı təşkil olunan toplanışdan qayıdan futbolçuların çoxluq təşkil etməsi ortaya başqa sullar çıxarıb.

Məhz yoluxma hallarının milli komandanın toplanışından sonra sürətlə yayılması da söz-söhbətlərə yol açıb. Buna görə AFFA-nı qınayanlar az deyil.

Ki, toplanış müddətində pandemiya ilə doğru mübarizə aparılmayıb. Futbolçulara nəzarət olunmayıb və.s.

Newsport.az-ın məlumatına görə bu iddialara AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla aydınlıq gətirib: "Toplanışdan əvvəl hər kəs öncə testdən keçirilib. Kimdə neqativ cavab olubsa, onlar toplanışa cəlb olunub.

Toplanış ərzində də UEFA-nın xüsusi qaydaları var ki, oyuna neçə saat qalmış test verilməlidir və kimdə neqativdirsə yalnız onlar iştirak edə bilər. Həmin qaydaların hamısına əməl olunub".

AFFA-rəsmisi futbolçuların mehmanxanda qalmaq qaydasının belə bu dəfə dəyişdirildiyini sözlərinə əlavə etdi: "Futbolçuların toplanış müddətində mehmanxanada qalmaq qaydası da dəyişdirilmişdir. Hər biri otaqlarda tək qalırdılar.

Bilirsiniz ki, əvvəllər bir otaqda iki futbolçu qalırdı. Bu da AFFA-nın və komandanın həkimlərinin qərarı idi. Həm Sloveniyada, həm Xorvatiyada, həm də Lüksemburqda bütün futbolçular tək qalıblar.

Ümumiyyətlə, nümayəndə heyətindən olanlar otaqlarda tək qalıb. Ki, kimdəsə yoluxma halı olsa, digər yoldaşının yoluxma ehtimalı aşağı olsun. Başqa gigiyena qaydalarına da əməl olunub.

Kənar adamlarla ünsiyyət demək olar olmayıb. Maskadan istifadə edilib. Hamı vaxtında test verib. Xüsusi əlahiddə bir şey də yoxdur axı. Protokolda nə varsa, hamısına əməl olunub".

Sportinfo.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right