"Hər gün daha yaxşı oluram" - "Neftçi"nin koronavirusa yoluxan futbolçusu

Azərbaycan millisinin və “Neftçi”nin futbolçusu Mert Çelik koronavirusa yoluxmasından danışıb.

Newsport.az-ın məlumatına görə, 20 yaşlı müdafiəçi bu barədə öz feysbuk hesabında yazıb:

"Salam, "Neftçi" azarkeşləri. Bildiyiniz kimi, COVID-19 testim müsbət çıxdı və dərhal özümü təcrid etdim. Hazırda vəziyyətim yaxşıdır. Hər gün daha da yaxşı oluram. Sizdən xahişim odur ki, ehtiyac olmadıqca bayıra çıxmayaq, evimizdə qalaq. Çölə çıxanda maskamızı taxaq və sosial məsafəni qoruyaq. Bu çətin günlər keçəcək. İnanıram ki, yenidən görüşəcəyik. Həmin vaxtadək evdə qalın, sağlam qalın".

"Neftçi"də baş məşqçi Samir Abasov, onun köməkçiləri Qədir Həsənov, Vəfadar Quliyev, qapıçı Kamran İbrahimov, müdafiəçilər Anton Krivotsyuk, Mərt Çelik, Mamadu Mboc və Voyislav Stankoviç, yarımmüdafiəçilər Fəhmin Muradbəyli və Sabir Buqrində virus aşkarlanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right