“Qarabağ”ın bir futbolçusu Türkiyədə qaldı

Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda Türkiyədə İsrailin “Makkabi” (Təl-Əviv) komandası ilə 1:1 hesabı ilə heç-heçə edən “Qarabağ” Bakıya qayıdıb.
 
Newsport.az xəbər verir ki, Ağdam təmsilçisinin bir futbolçusu İstanbul şəhərində qalıb.
 
Test nəticəsi müsbət çıxan Abbas Hüseynov müalicəsini qonşu ölkədə davam etdirəcək.
 
“Qarabağ”ın kollektivi Azərbaycan Premyer Liqasının 12-ci turunda "Qəbələ" ilə matçdan əvvəl bu gün koronavirus testi verəcək.
 
Qeyd edək ki, dekabrın 6-da keçiriləcək "Qarabağ" - "Qəbələ" matçı saat 14:00-da başlayacaq. 12-ci turun digər 3 oyunu bəzi klubların heyətində 7 və daha çox oyunçunun koronavirusa yoluxması səbəbindən təxirə salınıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right