"Keşlə"də 10 futbolçuda koronavirus aşkarlandı

"Keşlə" klubunda 10 futbolçu koronavirusa yoluxub.

Newsport.az məlumatına görə, bu, sonuncu testlərdən sonra müəyyənləşib. Adları açıqlanmayan oyunçular karantinə alınıb.

Qeyd edək ki, "Keşlə" Azərbaycan Premyer Liqasının XII turunda dekabrın 5-də "Səbail"lə qarşılaşmalı idi, lakin görüş qeyri-müəyyən müddətə təxirə salınıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right