UEFA Azərbaycana qoyduğu qadağanı ləğv etdi

UEFA İcraiyyə Komitəsi İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycan və Ermənistanda beynəlxalq matçların keçirilməsinə dair qoyulan qadağanı ləğv edib.

Newsport.az-ın məlumatına görə, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
 
Bu addım Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşması bağlandıqdan sonra ümumi şərtlər nəzərə alınaraq atılıb.

Qeyd edək ki, UEFA bu qadağanı oktyabrın 20-də qoymuşdu. Qadağa müddətində Azərbaycan yığması Millətlər Liqasının iki matçını ölkə xaricində keçirib, “Qarabağ” isə Avropa Liqasının Türkiyədəki üçüncü ev oyununa bu gün çıxacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right