“Maradonanın formasını geyindiyim üçün utanıram” Millimizin məşqçisi

“Napoli”nin sabiq futbolçusu və hazırda Azərbaycan millisinin baş məşqçisi Canni de Byazinin köməkçisi kimi çalışan Klaudio Belucci Dieqo Maradonanın ölümü haqda danışıb.

Newsport.az-ın məlumatına görə, İtaliya klubunda 10 nömrəli formanı geyinmiş 45 yaşlı məşqçi Maradonanın çxış etdiyi forma nömrəsi ilə oynamağın şərəfli olduğunu bildirib:

“Oğluma “Napoli” forması geyinməyin, ən əsası 10 nömrəsi forma ilə çıxış etməyin mənasını izah etmişəm. Bu formalardan məndə 2-si var, 1-i anamdadır. Formanı çərçivələdib, divardan asmışıq.

Maradonanın forması isə izah edilməyəcək bir şeydir. Sanki bu məsuliyyətin öhdəsindən gələ bilməmişəm. Hətta həmin formanı geyindiyim üçün bir az utanıram. Maradona mənim ağlımda və ürəyimdə əbədi qalacaq”.

Qeyd edək ki, Belucci 1997-2001-ci illərdə “Napoli”də çıxış edib. Maradona isə 1984-1991-ci illərdə bu komandada oynayıb.

Xatırladaq ki, argentinalı məşhur futbolçu noyabrın 25-də 60 yaşında ürək tutmasından dünyasını dəyişib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right