“Neftçi”nin baş məşqçisi və daha 4 futbolçusu koronavirusa yoluxdu

“Neftçi”nin baş məşqçisi Samir Abasov, onun köməkçisi Vəfadar Quliyev və daha 4 futbolçusunda koronavirus aşkarlanıb.
 
Newsport.az xəbər verir ki, COVID-19 testi müsbət çıxan oyunçular müdafiəçilər Mərt Çelik, Mamadu Mboc və Voyislav Stankoviç, həmçinin yarımmüdafiəçi Fəhmin Muradbəylidir. Mbocun ikinci testinin nəticəsi müsbət çıxıb.
 
Bundan əlavə, qapıçı Kamran İbrahimov və yarımmüdafiəçi Sabir Buqrinin də infeksiyaya yoluxduğu ehtimal edilir. Əvəzində kapitan Emin Mahmudovla hücumçu Mirabdulla Abbasov sağalıb. (Report)
 
Qeyd edək ki, daha əvvəl Anton Krivotsyukun koronavirus testi müsbət çıxıb. "Neftçi" Azərbaycan Premyer Liqasında növbəti oyununu dekabrın 5-də səfərdə "Sabah"a qarşı keçirəcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right