“Qarabağ” - “Makkabi” matçının hakimləri açıqlandı

Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Azərbaycan çempionu “Qarabağ”la İsrailin "Makkabi" (Təl-Əviv) komandaları arasında keçiriləcək oyuna təyinatlar açıqlanıb.
 
Newsport.az xəbər verir ki, UEFA bu qarşılaşmanı İrlandiyadan olan hakimlər briqadasına həvalə edib.
 
Matçın baş hakimi Robert Hennessi olacaq. Ona yan xətt hakimləri Allen Linç və Emmet Dinan kömək edəcək. Dördüncü hakim funksiyasını isə Pol Maklaflin yerinə yetirəcək.
 
Hakim-inspektor Serbiyadan Deyan Filipoviç, UEFA nümayəndəsi isə Rumıniyadan Oktavian Qoqa olacaq.
 
Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçıba Bakı vaxtı ilə saat 21:55-də start veriləcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right