“Qəbələ”nin prezidenti cəbhədən qayıtdı

“Qəbələ” İdman Klubunun prezidenti Fariz Nəcəfov cəbhədən qayıdıb.
 
Newsport.az xəbər verir ki, 42 yaşlı funksioner yenidən öz işinin başına keçib.
 
Lakin o, müəyyən səbəblərdən Azərbaycan Premyer Liqasının 11-ci turunda bu gün keçirilmiş "Sumqayıt"la səfər matçını (1:0) stadiondan izləyə bilməyib. (Report)
 
Qeyd edək ki, Vətən müharibəsinin ilk günlərindən ehtiyatda olan zabit kimi döyüşlərə qatılan Fariz Nəcəfov hərbi əməliyyatlar zamanı korpus komandiri general-mayor Mayis Barxudarovun mühafizəsini təşkil edib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right