“Sumqayıt”da koronavirusa yoluxmuş futbolçuların adları bilindi

“Sumqayıt”da koronavirusa yoluxmuş futbolçuların adları bəlli olub.
 
Newsport.az xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədovun "Report"a verdiyi məlumata görə, qapıçı Mehdi Cənnətovdan başqa, müdafiəçi Elvin Bədəlov, yarımmüdafiəçilər Vüqar Mustafayev və Kərəm Sultanovda xəstəliyin simptomları aşkarlanıb.
 
Amma onların test nəticələri mənfi çıxıb. Buna baxmayaraq, sözügedən oyunçular "Qəbələ" ilə matç ərəfəsində komandanın düşərgəsindən kənarlaşdırılıblar.
 
Qeyd edək ki, daha əvvəl "Sumqayıt"ın yarımmüdafiəçisi Səbuhi Abdullazadə virusa yoluxub.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right