“Qəbələ” - “Qarabağ” matçının vaxtı açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 12-ci turun oyun cədvəli açıqlanıb.
 
Newsport.az xəbər verir ki, tura dekabrın 5-də keçiriləcək "Keşlə"- "Səbail" matçı ilə start veriləcək.
 
12-ci tur dekabrın 6-da “Zirə” – “Sumqayıt” görüşü ilə başa çatacaq. Həmin gün "Qəbələ" son çempion "Qarabağ"ı qəbul edəcək.
 
Azərbaycan Premyer Liqası
12-ci tur
5 dekabr
 
14:00. “Keşlə” – “Səbail”
Bakı. “ASK Arena”.
 
16:00. “Sabah” – “Neftçi”
Masazır. “Bank Respublika Arena”.
 
6 dekabr
 
14:00. “Qəbələ” – “Qarabağ”
Qəbələ şəhər stadionu, 14:00.
 
16:00. “Zirə” – “Sumqayıt”
Zirə İdman Kompleksinin stadionu.




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah