Millimizin qapıçısı koronavirusa yoluxdu

Futbol üzrə Azərbaycan milli komandasının və “Sumqayıt”ın qapıçısı Mehdi Cənnətovun Premyer Liqanın 11-ci turunda “Qəbələ” ilə oyunun iştirak ərizəsinə salınmamasının səbəbi məlum olub.
 
Newsport.az xəbər verir ki, 28 yaşlı qapıçıda koronavirus aşkarlanıb. Test nəticəsi müsbət çıxan təcrübəli qolkiper karantinə alınıb. (Report)
 
Qeyd edək ki, daha əvvəl "Sumqayıt"ın yarımmüdafiəçisi Səbuhi Abdullazadə virusa yoluxub.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right