“Koronavirusa görə övladlarımın yanına gedə bilmirəm” Şahin Diniyev

“Övladlarım koronavirusa yoluxsalar da, özüm yaxşıyam. Biz birlikdə yaşamırıq. Ev yaxın olsa da, onlar ayrı yaşayırlar".
 
Newsport.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev "Sabah" klubunda çıxış edən Coşqun Diniyev və "Zirə"də oynayan Kərim Diniyevin koronavirus testinin müsbət çıxması barədə danışarkən deyib.
 
55 yaşlı mütəxəssis hər iki oyunçunun səhhətinin yaxşı olduğunu söyləyib: "Onlarda xəstəliyin simtompu yoxdur. 1-2 günə növbəti dəfə test verməlidirlər. Hazırda evdə karantindədirlər. Hamı kimi yaşayırlar. Heç xəstəliyi hiss etmirlər. Vəziyyətləri ilə bağlı telefonla maraqlanıram, yanlarına gedə bilmirik. Xəstəliyin heç bir simptomları onlarda görünməyib, sadəcə, testlərinin nəticəsi müsbətdir".




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right