“Qarabağ”la görüşdə qələbə işin gözəl tərəfi olacaq”

İsrailin “Makkabi” (Təl-Əviv) klubunun futbolçusu Yonatan Kohen İsrail çempionatında “Hapoel”ə (Kfar Saba) qarşı keçirdikləri oyundan (3:0) sonra açıqlama verib.
 
Newsport.az “One” nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi, Avropa Liqasında “Qarabağ”la qarşılaşacaqları matçla bağlı da danışıb:
 
“Cümə axşamı bizim əsas oyunumuz olacaq. Qələbə bizi 10 xala, bəlkə də Avropa Liqasında növbəti mərhələyə yüksəldəcək. Bu, komandadakı bir neçə futbolçu üçün böyük bir an ola bilər. “Qarabağ”la görüşdəki qələbə işin gözəl tərəfi olacaq”.
 
“Qarabağ” – “Makkabi” dekabrın 3-də, Türkiyədə “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right